Ermənistanda mer Paşinyana qarşı etirazlara qoşuldu

  Ermənistanda mer Paşinyana qarşı etirazlara qoşuldu
  07 Dekabr 2020    Oxunub:1625
Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazlar davam edir.
Azvision.az -ın məlumatına görə, baş nazirin istefasını tələb edənlər arasında Ermənistanın Masis şəhərinin meri David Ambartsumyan da var. O bildirib ki, ölkənin üzləşdiyi fəlakətli vəziyyətin yeganə günahkarı Nikol Paşinyandır.

"Yeganə təqsirkar avantürist qrupu ilə birlikdə baş nazir Nikol Paşinyandır. Mən sizin hamınızı milli qurtuluşa birgə başlamaq üçün onun istefasını tələb edən icmalara qoşulmağa çağırıram", - deyə şəhər meri “Facebook” səhifəsində vətəndaşlara çağırış edib.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan   İstefa  





Xəbər lenti