Dünyada pandemiya təhlükəsi artır

Dünyada pandemiya təhlükəsi artır
  07 Dekabr 2020    Oxunub:1466
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 67 milyon 392 min 712 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 541 min 745 nəfərdir. İndiyədək 46 milyon 583 min 680 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti