Naməlum xəstəlik yayılır: 315 nəfər xəstəxanalıq oldu, ölən var

Naməlum xəstəlik yayılır:  315 nəfər xəstəxanalıq oldu,  ölən var
  07 Dekabr 2020    Oxunub:2027
Hindistanın cənubunda yerləşən Eluru şəhərinin bir sakini naməlum xəstəlikdən vəfat edib, daha 315 nəfər eyni xəstəliyin əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı yazıb.

Naməlum xəstəlik əlamətləri olan sakinlər 5 dekabrdan xəstəxanalara qəbul olunmağa başlayıblar. Son məlumatlara görə, onların sayı 46-sı uşaq olmaqla 315-ə çatıb.

Həkimlərin sözlərinə görə, xəstələrdə huşunu itirmə, başgicəllənmə, baş ağrısı və epilepsiya simptomları müşahidə olunur. Onların koronavirus testləri mənfi olub.

Yerli səhiyyə işçiləri xəstələrdən analiz üçün su, qida və qan nümunələri götürərək laboratoriyaya göndəriblər. Onlar havanın çirklənməsi və ya keyfiyyətsiz məhsulların istifadəsi nəticəsində kütləvi bir infeksiyanın yayıldığını istisna etmirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Naməlumxəstəlik  





Xəbər lenti