“Əsgər payı” erməni qubernatorun zirzəmisində tapıldı

 “Əsgər payı” erməni qubernatorun zirzəmisində tapıldı
  07 Dekabr 2020    Oxunub:3242
Müharibə bitsə də, Ermənistanda ordu ilə bağlı qalmaqallar səngimir.
Azvision.az -ın məlumatına görə, tanınmış ictimai fəal David Bablanyan bildirib ki, xarici ölkələrdən erməni əsgərləri üçün göndərilən yardımlar mənimsənilib.

O, yenicə üzə çıxan bir fakt haqqında söz açaraq deyib: “Almaniya erməniləri tərəfindən əsgərlərə göndərilən 2,5 ton həcmində yardım Lori vilayətinin qubernatorunun evinin zirzəmisində tapılıb”.

Bablanyan ixtisasca diş həkimi olan qubernator Andrey Qukasyanın yaxınlarının da zirzəmisindən xeyli sayda gizlədilmiş yardımların üzə çıxdığını qeyd edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Yardım   Erməni-qubernator   Lori  





Xəbər lenti