Rusiyada yeni məhdudiyyətlər tətbiq edilə bilər

Rusiyada yeni məhdudiyyətlər tətbiq edilə bilər
  07 Dekabr 2020    Oxunub:1468
Koronavirusun (COVID-19) ikinci dalğası müəyyən məhdudiyyətlər məsələsini nəzərdən keçirməyin zəruriliyini göstərir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.

"İkinci dalğa, ölkə daxilində ortaya çıxan ocaqlar, infeksiyanın yayılmasını məhdudlaşdırmaq üçün ehtimal ki, subyektlər arasında, bəzən də subyektlər daxilində fərdlərin hərəkəti üçün müəyyən bir məhdudiyyətin nəzərdən keçirilməsini tələb edir", - nazir əlavə edib.

Xatırladaq ki, Rusiyada virusa gündəlik yoluxma və ölüm sayı getdikcə artır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Rusiya  





Xəbər lenti