Şuşa və Ağdərədə cəsədlərin axtarışı başa çatıb

Şuşa və Ağdərədə cəsədlərin axtarışı başa çatıb
  07 Dekabr 2020    Oxunub:2064
Şuşa və Ağdərə ərazisində döyüşlər zamanı ölən hərbçilərin cəsədlərinin axtarışı və mübadiləsi praktik olaraq başa çatıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Qeyd edilib ki, Xocavənd, Əsgəran şəhərlərinin ətrafında, eləcə də Hadrut və Füzuli istiqamətində işlərin aparılması davam edir.

Məlumata görə, axtarışlar yaxın vaxtlarda Hadrutun cənub hissəsində və digər yaşayış məntəqələrində davam etdiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Şuşa   Ağdərə  





Xəbər lenti