Rusiyada 28 mindən çox yeni yoluxma qeydə alındı

Rusiyada 28 mindən çox yeni yoluxma qeydə alındı
  07 Dekabr 2020    Oxunub:1377
Rusiyada son sutka ərzində koronavirusa 28 142 yeni yoluxma qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 488 912 nəfərə çatıb.

Rusiyada son sutkada 456 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 43 597 nəfərdir. İndiyədək 1 956 588 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  





Xəbər lenti