Ermənistan müxalifətinin dəyişikliklərlə bağlı bəyanatı qəbul edildi

Ermənistan müxalifətinin dəyişikliklərlə bağlı bəyanatı qəbul edildi
  07 Dekabr 2020    Oxunub:1259
Ermənistan Konstitusiya Məhkəməsi parlament müxalifətinin konstitusiya dəyişikliklərinin həyata keçirilməsinə dair bəyanatını baxılmaq üçün qəbul edib.
Azvision.az xəbər verir ki, bunu "Parlaq Ermənistan" fraksiyasının lideri Edmon Marukyan parlament dinləmələrində söyləyib.

Dinləmələr zamanı ölkədəki mövcud vəziyyət və bundan çıxış yolları müzakirə ediləcək.

Xatırladaq ki, daha əvvəl müxalifət hərbi vəziyyətin ləğv edilməsinin zəruriliyini, bundan sonra isə baş nazir Nikol Paşinyana etimadsızlıq göstərilməsi məsələsini qaldırmağın mümkünlüyünü vurğulayıb.

Digər müxalifət qüvvələrinin əksəriyyəti də eyni tələbi irəli sürüb. Lakin bu məsələ yalnız parlament çoxluğunun, yəni Paşinyanın "Mənim addımım" blokunun iştirakı ilə həll edilə bilər. Eyni zamanda ölkədə de-yure hərbi vəziyyət rejimi hələ davam etdirilir. Müxalifətə görə, bu süni şəkildə edilir ki, baş nazirə etimadsızlıq məsələsi qaldırılmasın.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Müxalifət  





Xəbər lenti