Böyük summativ qiymətləndirilmənin aparılması planlaşdırılır
“Distant təhsilin davam etdiyi bu dövrdə şagirdlərin qiymətləndirilməsi necə həyata keçiriləcək?” sualına cavab olaraq layihə çərçivəsində bildirilib ki, hazırda şagirdlərin kiçik summativ qiymətləndirilməsinin aparılması uyğun hesab olunmayıb.
Yarımilin sonunda böyük summativ qiymətləndirilmənin aparılması planlaşdırılır. Qiymətləndirilmənin hansı formada aparılması isə (əyani və ya distant) 2021-ci il yanvarın sonunadək müəyyənləşdiriləcək.
Azvision.az