“Azərbaycana informasiya müharibəsində məğlub olduq” - Erməni politoloq
Qasparyanın sözlərinə görə, hakimiyyətə gəldikdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan və komandası informasiya təhlükəsizliyi də daxil olmaqla mümkün olan hər şeyi məhv etməyə başlayıb.
O bildirib ki, əməliyyatlar zamanı Ermənistan hakimiyyəti informasiya qarşıdurması kimi vacib bir senzura alətindən belə istifadə etməyib.
Qasparyan hesab edir ki, bütün günahı bir nəfərin üzərinə atmaq cəhdləri təhlükəlidir. Politoloqun fikrincə, bu gün müxalifət sahəsini və informasiya gündəmini dolduran bir çox qüvvə vaxtilə mövcud vəziyyətə gətirib çıxaran qərarları alqışladı. İnsanların qısa bir yaddaşa sahib olduğunu düşünürlərsə, çox səhv edirlər.
"Bağışlayın, amma bu cür komponentlərlə müharibəni yalnız uduzmaq olardı. Ümumiyyətlə, mənə elə gəlir ki, Ermənistanda tam olaraq nə baş verdiyini başa düşmürlər. Bu hərbi məğlubiyyət deyil, bu, çoxlarının günahkar olduğu milli aşağılanmadır".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ArmenQasparyan