Fransa səfiri: “İndi sülhə hazırlaşmağın vaxtıdır”

  Fransa səfiri:  “İndi sülhə hazırlaşmağın vaxtıdır”
  07 Dekabr 2020    Oxunub:2285
2020-ci il iyul ayında və payızda iki açıq qarşıdurma ilə Azərbaycan və Ermənistan üçün taleyüklü bir il oldu.
Azvision.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zaxari Qross “Tvitter” hesabında yazıb.

Diplomat qeyd edib ki, Azərbaycan Qarabağ ətrafındakı 7 bölgəni və Şuşa şəhərini özünə qaytardı. Hər iki tərəfdə çox sayda insan itkisi oldu, Rusiya hərbi qüvvələri Dağlıq Qarabağda yerləşdirildi

Səfirin sözlərinə görə, hər iki tərəfdən qaçqın və məcburi köçkünlər bölgəyə qayıtdıqda bir çox sual yaranacaq. Çətinliklər və imkanlar olacaq.

"Fransa beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk Qrupunun prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyü daxil olmaqla bölgə ölkələrinin, öz müqəddəratını təyinetmə və bərabər hüquqlara dəstək verməyə davam edəcəkdir. İndi sülhə hazırlaşmağın, nifrətə son qoymağın və bölgədəki inamı, əmin-amanlığı, sabitliyi təşviq etməyin vaxtıdır", - deyə səfir qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ZaxariQross  





Xəbər lenti