“Müharibədən bir gün əvvəl 30 zabit ordudan uzaqlaşdırılıb” - Zakaryan

“Müharibədən bir gün əvvəl 30 zabit ordudan uzaqlaşdırılıb” -  Zakaryan
  07 Dekabr 2020    Oxunub:1868
Erməni hərbi bloger, Qarabağda Azərbaycana qarşı təxribat xarakterli çəkilişləri ilə yadda qalan Arşak Zakaryan hökumətin əleyhinə çıxışlar edib.
Azvision.az xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında iqtidarın müharibə zamanı zabit çatışmazlığından əziyyət çəkmələri ilə bağlı ortaya qoyduğu iddialara cavab verib. Zakaryan bu məsələ ətrafında müəmmalı faktlara malik olduğunu söyləyib:

“Məndə müharibədən bir gün əvvəl 30 zabitin ordudan uzaqlaşdırılması ilə bağlı faktlar var. Onlara (hökumətə-red.) sübut edəcəyəm ki, həmin gün bir zabit yanıma gələrək 30 zabitin İrəvana göndərildiyini söylədi. Həmin hərbçilərə silahlı qüvvələri tərk etmələri barədə ərizə yazmaları əmr edilib. Sonra da deyirlər ki, zabit çatışmazlığımız var”.

Zakaryanın sözlərinə görə, zabitlər nəyə görə ordudan uzaqlaşdırılması haqqında soruşduqda rəhbərlikdən onlara cavab verməyiblər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Zakaryan   Zabit   Ermənistan  





Xəbər lenti