“Razılaşmadan imtina etsək, yeni müharibə başlayacaq” - Marukyan

 “Razılaşmadan imtina etsək, yeni müharibə başlayacaq” -   Marukyan
  07 Dekabr 2020    Oxunub:4288
Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının və eyniadlı partiyanın rəhbəri, deputat Edmon Marukyan ölkəsinin kapitulyasiyasını rəsmiləşdirən məlum sənəddən yayınmamağı məsləhət bilib.
Azvision.az xəbər verir ki, erməni deputat Qarabağla bağlı üçtərəfli razılaşmadan imtina edəcəkləri təqdirdə yeni müharibənin başlanacağını deyib:

“Biz lap əvvəldən anladıq ki, imzaladığımız sənəd artıq reallıqdır və orada yazılanlar həyata keçirilir. Lakin reallaşan işlər Azərbaycan tərəfinin xeyrinə edilir. Amma bu istiqamətdə danışıqlar aparmalıyıq. Sənədin ləğvi yeni müharibənin başlanması deməkdir. Düşünürəm ki, biz belə bir yol ilə getməməliyik. Amma danışıqlar zamanı bu sənəd bir çox cəhətdən xeyrimizə istifadə edilə bilər”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Üçtərəfli-razılaşma   Marukyan   Ermənistan   Müharibə  





Xəbər lenti