“Qarabağdakı münaqişə qaynar mərhələdən çıxır” - Lavrov

“Qarabağdakı münaqişə qaynar mərhələdən çıxır” -  Lavrov
  07 Dekabr 2020    Oxunub:2678
Dağlıq Qarabağdakı münaqişə qaynar mərhələdən çıxdı, Rusiya, Azərbaycan və Ermənistan arasındakı üçtərəfli razılaşma müharibəni dayandırdı.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ara Ayvazyanla görüşdə deyib.

"Biz yavaş-yavaş Dağlıq Qarabağ münaqişəsinin qaynar mərhələsindən çıxırıq. Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin 10 noyabrda imzaladığı və müharibənin dayandırılmasına səbəb olan ortaq bəyanatın bu gün hamının tanımaq məcburiyyətində olduğunu vurğulamaq istərdim. Bu, həm qaçqınların, həm də məcburi köçkünlərin evlərinə qayıtmalarına imkan verən, iqtisadiyyatı bərpa etmək, humanitar problemlərin həlli, bütün kommunikasiyaları - həm iqtisadi, həm də nəqliyyat vasitələrini blokdan çıxarmağı təmin edən razılaşmadır”, - deyə Lavrov əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyLavrov  





Xəbər lenti