Lavrovdan əsirlərlə bağlı açıqlama: “Kömək edəcəyik”

Lavrovdan əsirlərlə bağlı açıqlama:  “Kömək edəcəyik”
  07 Dekabr 2020    Oxunub:2597
Rusiya Qarabağ münaqişəsi bölgəsində əsirlərin mübadiləsi prosesinin tezliklə tamamlanmasına kömək edəcək.

Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ara Ayvazyanla görüşdə deyib.
Lavrov bildirib ki, ən vacib məsələ saxlanılan şəxslərin mübadiləsidir: “Onun tez bir zamanda başa çatmasını təşviq etmək üçün əlimizdən gələni edəcəyik. Bu mövzunun əsirlərin qohumları, yaxınları, dostları üçün nə qədər həssas olduğunu bilirik. Cəsədlərin mübadiləsi də həmçinin. Bu da problemin çox emosional bir hissəsidir və ən qısa zamanda həll edilməlidir”.

Lavrov, Rusiya rəhbərliyinin bölgədə uzun müddət işləyən Beynəlxalq Qırmızı Xaç Komitəsinin büdcəsinə əlavə birdəfəlik ianə ayırmaq barədə qərar verdiyini xatırladıb. Onun fikrincə, Cənubi Qafqazın çiçəklənən, sabitlik bölgəsinə çevrilməsi üçün real şərtlər var:

"Cənubi Qafqaz ziddiyyətlər bölgəsindən sabitlik bölgəsinə çevrilir, Rusiya bunu təşviq etmək üçün əlindən gələni edəcək".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: əsirlər  





Xəbər lenti