Putin və Merkel Qarabağdakı vəziyyəti müzakirə edib

 Putin və Merkel Qarabağdakı vəziyyəti müzakirə edib
  07 Dekabr 2020    Oxunub:1852
Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danıışığı olub.
Azvision.az xəbər verir ki, tərəflər Qarabağda vəziyyəti müzakirə ediblər.

Putin və Merkel ATƏT-in Minsk Qrupu çərçivəsində gələcək əməkdaşlığa qarşılıqlı hazır olduqlarını ifadə etdilər. Həmçinin, Putin hərbi əməliyyatların dayandırılması səyləri və sülhməramlıların fəaliyyəti barədə məlumat verib.

“Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı müzakirə olundu. Vladimir Putin hərbi əməliyyatların dayandırılması üçün həyata keçirilmiş vasitəçilik səyləri, habelə Bakı və İrəvanın istəyi ilə təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti barədə məlumat verdi.

Bundan əlavə, Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin 10 noyabr tarixli bəyanatında qeyd olunan razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin bölgədəki vəziyyətin ümumi sabitləşməsinə kömək etdiyi vurğulandı”, Kremlin məlumatında deyilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ   Putin   Merkel  





Xəbər lenti