“Azərbaycan və Ermənistan arasında görüş keçiriləcək” - Ayvazyan

“Azərbaycan və Ermənistan arasında görüş keçiriləcək” -  Ayvazyan
  07 Dekabr 2020    Oxunub:2919
Azərbaycan və Ermənistan tərəfi Qarabağ nizamlanması ilə bağlı görüş keçirəcək.
Azvision.az xəbər verir ki, bu barədə Moskvada səfərdə olan Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bildirib.

Onun sözlərinə görə, İrəvan və Bakı arasında hərtərəfli danışıqlar Qarabağ münaqişə zonasında vəziyyətin sabitləşməsindən sonra başlayacaq.

"Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaxın vaxtlarda bölgəyə səfərini, habelə vasitəçilərlə xarici işlər nazirləri (Ermənistan və Azərbaycan - red.) arasında məsləhətləşmələrin başlanmasını gözləyirik. Gələcəkdə yeni danışıqlar prosesinin başlaması üçün zəmin hazırlamaq mümkün olacaq", - Ayvazyan əlavə edib.

Erməni nazir İrəvan və Moskvanın artıq dialoqu bərpa etmək baxımından bir az ehtiyatlı nikbinliyə sahib olduğunu söyləyib. Vurğulayıb ki, tərəflər faciənin təkrarlanmaması üçün mümkün olan hər şeyi etməlidirlər.


Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   İrəvan   Bakı  





Xəbər lenti