İrəvanda atışma olub, xəsarət alan var

İrəvanda atışma olub, xəsarət alan var
  08 Dekabr 2020    Oxunub:1652
Ermənistanın paytaxtı İrəvanda silahlı insident olub.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə Vazgen Sarkisyan adına hərbi universitetin yaxınlığında baş verib. İnsident zamanı bir nəfər güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları avtomat və tapançadan atılan 20-dən çox patron və üstündə qan izləri olan taxta dəyənək aşkarlayıblar.

Cinayətin təfərrüatı məlum deyil. Faktla bağlı cinayət işi başlanıb.

Azvision.az



Teqlər: İrəvan   İnsident  



Xəbər lenti