İcmalar da Paşinyanın istefasını tələb edir

 İcmalar da Paşinyanın istefasını tələb edir
  08 Dekabr 2020    Oxunub:1690
Ermənistanın Şirak əyalətinin Azatan, Beniamin, Axuryan, Ovtaşen, Marmaraşen icmalarının rəhbərləri və administrasiyaların əməkdaşları respublikanın çoxsaylı icmalarına qoşulublar və onlar ölkənin antimilli, səriştəsiz hakimiyyətinin – baş nazirin, həmçinin hökumətin təcili istefasını tələb edirlər.
Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə "ARF Daşnaktsutyun”un Şirak ofisi məlumat yayıb.

"Bütün icma liderlərini və Ağsaqqallar Şurasının üzvlərini ən qısa zamanda istefa tələbinə qoşulmağa, Ermənistanın və erməni xalqının şərəf və ləyaqətini qorumağa çağırırıq", - deyə müraciətdə bildirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Paşinyan  



Xəbər lenti