Sabiq prezident maskaya görə cərimələndi

Sabiq prezident maskaya görə cərimələndi
  08 Dekabr 2020    Oxunub:1748
Çexiyanın keçmiş prezidenti Vatslav Klaus tibbi maskadan düzgün istifadə etmədiyinə görə 3000 kron (təxminən 135 dollar) cərimələnib.
Azvision.az xəbər verir ki, Klaus 17 noyabrda Praqanın mərkəzindəki antikommunist "Məxməri inqilabı"nın ildönümü münasibətilə keçirilən şənlikdə bilərəkdən maskanı çənəsinə taxıb.

Polis ondan qaydalara uyğun olaraq ağzını və burnunu maska ilə örtməsini tələb etsə də, eks-prezident buna əməl etməyib. Klaus polis bölməsinə aparılıb və orada protokol tərtib edilib.

Klausdan əlavə sabiq səhiyyə naziri Roman Primula və hakim “ANO” hərəkatı rəhbərinin keçmiş birinci müavini Yaroslav Faltynek də 3 min kron cərimələnib. Onlar fövqəladə rejimə uyğun olaraq işləməsinə icazə verilməyən restoranda şam yeməyini yeyiblər, çıxışda isə maskasız olublar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: cərimə  



Xəbər lenti