Ermənistan müxalifəti ölkədə hərəkəti iflic etməyə hazırlaşır
Azvision.az xəbər verir ki, bu barədə "Joxovurd" nəşri yazıb.
Müxalifət bölgələrdə və paytaxtda hərəkəti iflic etməyə hazırlaşır. Günorta saat 12-dən başlayaraq, hakimiyyət əleyhdarları İrəvan və müxtəlif bölgələrdə trafikin çökməsinə səbəb ola biləcək küçələri bağlamaq niyyətindədirlər.
"Hələlik bu, müxalifətin əsas planıdır. Ancaq Paşinyanı istefaya məcbur etmək üçün ölkə rəhbərliyinə təsir mexanizmləri də hazırlanır", -deyə qəzet yazıb.
Xatırladaq ki, 5 dekabrda İrəvanda müxalifət mitinq keçirərək baş nazir Nikol Paşinyan və komandasına 8 dekabr günortadan əvvəl istefa vermək tələbini irəli sürüb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Müxalifət Aksiya Etiraz Mitinq Paşinyan







Vaxtında, Aydın, Lazımlı!


