Polis Paşinyanı istefaya çağıranlara xəbərdarlıq etdi

Polis Paşinyanı istefaya çağıranlara xəbərdarlıq etdi
  08 Dekabr 2020    Oxunub:2082
Ermənistan polisi müxalifət tərəfdarlarına xəbərdarlıq edib.
Azvision.az -ın məlumatına görə, polis onları ictimai asayişi və birgəyaşayış normalarını poza biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

Xatırladaq ki, Ermənistanda 16 partiya baş nazir Nikol Paşinyana 8 dekabr saat 12:00-a qədər istefası üçün vaxt verib. Əgər baş nazir və hökumət istefa verməsə, müxalifət vətəndaş itaətsizliyi aksiyalarına başlayacaq və ölkənin əsas şəhərlərində küçələri bağlayacaq.

Polis hüquqlardan sui-istifadə etmək, küçələri bağlamaqla ictimai qaydanın pozulmasına görə inzibati cəza nəzərdə tutulduğu barədə etirazçıları xəbərdar edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  



Xəbər lenti