90 yaşlı qadına dünyada ilk "Pfizer" peyvəndi vuruldu
Qeyd edilib ki, Koventri sakini Marqaret Kinan yerli vaxtla səhər 06.30-da xəstəxanada peyvənd edilib.
2 dekabr tarixində Britaniya bütün klinik sınaqlar başa çatdıqdan sonra Pfizer/ BioNTech (ABŞ və Almaniya) tərəfindən istehsal olunan peyvəndi kütləvi istifadə üçün təsdiqləyən ilk ölkədir.
Digər iki peyvənd – Amerikanın “Moderna” və Britaniyanın “AstraZeneca” (Oksford Universiteti ilə birlikdə yaradılıb) tənzimləyici tərəfindən nəzərdən keçirilir, lakin təsdiqlənmə vaxtı məlum deyil.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: peyvənd







Vaxtında, Aydın, Lazımlı!


