Ermənistan müxalifəti əhalini itaətsizlik aksiyasına çağırdı

Ermənistan müxalifəti əhalini itaətsizlik aksiyasına çağırdı
  08 Dekabr 2020    Oxunub:3080
“ARF Daşnaksutyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan Ermənistan vətəndaşlarını baş nazir Nikol Paşinyanın istefa verməməsinə cavab olaraq ölkədə itaətsizlik aksiyasına başlamağa çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə müxalifət fəal bununla bağlı “Facebook”da hesabında videomüraciət yayıb.

“Bu andan etibarən saat 17:00-a qədər Ermənistan vətəndaşlarını öz narazılıqlarını və tələblərini hakimiyyətə çatdırmaq üçün dinc itaətsizlik aksiyasına çağırıram”, - deyə Saqatelyan vurğulayıb.

O, hüquq mühafizə orqanlarını vətəndaşların etiraz aksiyası keçirmək hüququna mane olmamağı, Nikol Paşinyanın qanunsuz əmrlərini yerinə yetirməməyə və insanlara güc tətbiq etməməyə səsləyib.

Saqatelyan hökumət başçısının onsuz da istefa verəcəyini əlavə edib: "İstefa verəcəksən. Ağır zərbələr olmadan get. Ən azından bu dəfə xalqı, dövləti və dövlətçiliyi düşün. Gedişin xalqımız və dövlətimiz üçün həyati bir zərurətdir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Müxalifət  



Xəbər lenti