Erməni katolikosu da Paşinyanı istefaya çağırdı
“Erməni xalqı ümidsizdir: məğlubiyyətin gerçəkləşməsi xəyal qırıqlığına və qeyri-müəyyənliyə səbəb oldu. Əsgərlərimizin göstərdiyi müqavimətə baxmayaraq, oğullarımızın qanı ilə qazandığımız Qarabağın böyük hissəsini itirdik. Milli ləyaqətimizi və qürurumuzu da itirdik. Çox böyük itkilərimiz, yaralılarımız və qaçqınlarımız var. Dünyada itkinin acısını yaşamayan bir erməni yoxdur. İnsanlar indi bu faciənin izahını tələb edirlər", - erməni katolikos bildirib.
Onun sözlərinə görə, mövcud böhran vəziyyətində Nikol Paşinyan istefa verməli, parlamentə konstitusiyaya uyğun olaraq yeni baş nazir seçmək imkanı yaradılmalıdır:
"Baş nazirin istefasından sonra yaradılacaq keçid milli razılaşma hökumətinin ən qısa müddətdə erkən seçkiləri təşkil etməyə başlayacağını gözləyirik".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: istefa







Vaxtında, Aydın, Lazımlı!


