İlham Əliyev və Ərdoğan Monitorinq Mərkəzini müzakirə edəcək

İlham Əliyev və Ərdoğan Monitorinq Mərkəzini müzakirə edəcək
  08 Dekabr 2020    Oxunub:1873
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə iki ölkə arasındakı münasibətləri, eyni zamanda Qarabağdakı son vəziyyəti müzakirə edəcək.
Azvision.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin qurulması müzakirə ediləcək. Danışıqlar zamanı Türkiyə və Azərbaycanın birlikdə atacaqları addımlar nəzərdən keçiriləcək.

Xatırladaq ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan dekabrın 9-da Azərbaycana səfər edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İlham-Əliyev   Ərdoğan  



Xəbər lenti