İrəvanda etirazçılar Paşinyana saat və ətir gətirdilər

İrəvanda etirazçılar Paşinyana saat və ətir gətirdilər
  08 Dekabr 2020    Oxunub:1851
Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqin bir qrup iştirakçısı Milli Təhlükəsizlik Xidmətinin (MTX) binası qarşısına toplaşıb .
Azvision.az xəbər verir ki, etirazçılar Paşinyanı xəyanətdə ittiham edən şüarlar səsləndirirlər.

Onlar baş nazirin 10 noyabr qarşıdurması zamanı iqamətgahında şəxsi əşyalarının itməsi ilə bağlı açıqlamasına eyham vuraraq, binanın qapısına bir ədəd saat və ətir qoyublar.

Aksiyada Respublika partiyasının sabiq deputatları Arman Saqatelyan, Miqran Poqosyan, aktivistlər Narek Malyan və Narek Samsonyan, vəkil Ruben Melikyan iştirak edirlər.

Qeyd edək ki, oxşar aksiyalar bu gün İrəvanın müxtəlif yerlərində keçirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Etiraz   Aksiya   Paşinyan  



Xəbər lenti