İrəvan metrosu etirazlara görə bağlandı

İrəvan metrosu etirazlara görə bağlandı
  08 Dekabr 2020    Oxunub:2103
İrəvan metropoliteni vətəndaş itaətsizliyi aksiyaları səbəbindən bağlanıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə metropolitenin yaydığ açıqlamada deyilir.

Məlumata görə, bəzi stansiyalarda itaətsizlik aksiyaları keçirən etirazçılar qatarların hərəkətini pozublar. Mövcud maneələr aradan qalxdıqdan sonra qatarların normal hərəkəti bərpa olunacaq.

Qeyd edək ki, bu gün Ermənistanda Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyaları keçirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: aksiya  



Xəbər lenti