Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə!

Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə!
  09 Dekabr 2020    Oxunub:1740
Təhsil Nazirliyinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yaz semestri üçün sənəd qəbulu davam edir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, proqram xaricdə prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində doktorantların təhsil, təqaüd, viza, tibbi sığorta və beynəlxalq nəqliyyat xərclərinin maliyyələşdirilməsi həyata keçirilir.

Qeyd edək ki, ilk sənəd qəbulu 2019-cu ilin noyabr ayında başlamış Dövlət Proqramında artıq 56 tələbə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilən müsahibə vasitəsilə namizədlər arasında seçilərək ABŞ, Almaniya, Birləşmiş Krallıq, Belçika kimi ölkələrdə təhsil alıb, tədqiqat aparmaq hüququ qazanıblar. Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər [email protected] ünvanına müraciət edə bilərlər. Müraciətlər üçün son tarix 15 dekabr 2020-ci il olaraq müəyyən edilib.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Doktorantura  





Xəbər lenti