Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.



***
(17:03)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib.
Azvision.az xəbər verir ki, Prezident və xanımı Əminə Ərdoğan iki gün - 9-10 dekabr tarixlərində Azərbaycanda səfərdə olacaq.
Türkiyə lideri dekabrın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək.
Səfər zamanı bir sıra aktual məsələlər müzakirə olunacaq.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


