“Oğlum ən yüksək ada layiq görüldü” - Şəhid atası Prezidentə təşəkkür etdi
Azvision.az -ın məlumatına görə, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən igidlərimizdən biri şəhid Fəqan Zalovdur.
Şəhidin atası Amil Zalov oğlunun ən yüksək ada layiq görülməsinə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
“Fəxr edirəm ki, oğlum generallarla bir yerdə ən yüksək ada layiq görüldü. Oğlum Vətən yolunda şəhidlik zirvəsinə ucaldı. Övladlarımla fəxr edirəm, onlar hərbini sevib getmişdi. Fəqan Vətən üçün canından keçdi, Nicat isə yaralandı", - Amil Zalov saytımıza açıqlamasında deyib.
Qeyd edək ki, Fəqan Zalov noyabrın 9-da Xocavənd istiqamətində döyüşlərdə şəhid olub.
Ətraflı məlumatla BURADAN tanış ola bilərsiniz.
Aytən Zəhra
Azvision.az
Teqlər: Vətən-Müharibəsi-Qəhrəmanı Fəqan-Zalov