ARDNŞ-nin Baş ofisində Almaniya vətəndaşı təcrübə keçib

ARDNŞ-nin Baş ofisində Almaniya vətəndaşı təcrübə keçib
  11 Fevral 2014    Oxunub:1338
Almaniya vətəndaşı Venzel Brukner Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Baş ofisinin Protokol İdarəsində təcrübə keçib.O, ARDNŞ-də təcrübə keçən ilk əcnəbi praktikant olub.

AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu günlərdə Şirkətin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov sınaq müddətinin başa çatması ilə əlaqədar olaraq Venzel Brukneri qəbul edib. Venzel Brukner təcrübə müddətində yaradılan şəraitə görə ARDNŞ-nin rəhbərliyinə minnətdarlığını bildirib, bu təcrübənin onun karyerasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.Öz növbəsində Xalik Məmmədov Venzel Bruknerə gələcək karyerasında uğurlar arzulayıb.


Teqlər:





Xəbər lenti