Rusiya erməniləri də Paşinyana qarşıdır
“Siz onları dayandırmaq üçün nə edirsiniz? Hələ də rəhbəri olduğunuz ölkənin sərhədlərini Ermənistanın silahlı qüvvələri deyil, könüllü dəstələr, yerli əhali və ya təhlükəsizlik xidmətinin əməkdaşları qoruyur. Və bu, hökumət strukturları tərəfindən doğru məlumatın olmaması şəraitində baş verir", - deyən Abramyan Ermənistan hökumətini ölkədə xaosun yaranmasında, əhalinin təhlükəsizliyi və dövlət sərhədlərinin toxunulmazlığı üçün təminatların olmamasında ittiham edib.
O bildirib ki, dövlət sərhədlərinin müəyyən olunması ilə bağlı hazırki qarışıq durum yeni müharibəyə səbəb ola bilər.
“İmzaladığınız sənəd nəticəsində erməni xalqının qanuni hüquqları pozuldu və heç bir şey qorunmadı. Ancaq bu insanlar bu gün ümid və inamla sizə deyil, Rusiya prezidentinə baxır və ondan qoruma, kömək istəyirlər. Xalqımız bu və digər suallara sizdən və hökumətinizdən əsaslı cavab gözləyir", - deyə Abramyan Paşinyana səslənib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Ermənistan Paşinyan







Vaxtında, Aydın, Lazımlı!


