Gürcüstan hökuməti tam tərkibdə istefaya göndərildi

 Gürcüstan hökuməti tam tərkibdə istefaya göndərildi
  11 Dekabr 2020    Oxunub:1987
Gürcüstan hökuməti 10-cu çağırış parlamentin ilk iclasında tam tərkibdə istefaya göndərilib.
Azvision.az -ın məlumatına görə, hökumət üzvləri yeni baş nazir təyin olunana qədər vəzifələrini icra edəcəklər.

Parlament hökumətin istefasından sonra iki həftə ərzində seçkilərdə qalib gələn partiyanın baş nazir vəzifəsinə irəli sürdüyü namizədə etimad göstərməlidir. Hökumətin tərkibi və proqramı istefadan sonra 9 gündən gec olmayaraq parlamentə təqdim olunmalıdır. Etimad üçün ən azı 76 deputatın səsi tələb olunacaq.

Konstitusiyaya əsasən, parlamentin müəyyən olunan müddət ərzində hökumətə etimad göstərməyəcəyi halda, prezident iki həftədən sonra parlamenti buraxmalı və növbədənkənar seçkilər təyin etməlidir.

Qeyd edək ki, parlament seçkilərində qalib gəlmiş Gürcü Arzusu partiyası hökumət başçısı vəzifəsinə Giorgi Qaxarianın namizədliyini irəli sürüb.

Azvision.az


Teqlər: Gürcüstan   Hökumət  



Xəbər lenti