Baş nazirdən bəzi malların qadağası ilə bağlı- QƏRAR
Yeni qəbul edilmiş qaydalara əsasən, bəzi daxili malların xaricdə emalına icazə verilməyəcək:
İxracı idxal gömrük rüsumlarının və vergilərin geri qaytarılmasına və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda onlardan azad olunması ilə nəticələnə biləcək mallar,
Təmiri üzrə əməliyyatların aparıldığı hallar istisna olmaqla, ixracdan əvvəl son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılmış mallar,
İxrac edilməsi ixrac üzrə gömrük ödənişlərinin geri qaytarılması ilə nəticələnən mallar.
Qərarda həmçinin qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhsulların idxal edilməsinə icazə verilməsi məsələləri də öz əksini tapıb. Qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhsulların idxal edilməsinə şəxsin müraciəti əsasında, bu qaydaların tələblərinə uyğun olaraq icazə veriləcək.
Qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhsulların idxal edilməsi üçün Dövlət Gömrük Komitəsinə kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət ediləcək.
Ərizə ilə birlikdə malların qüsurlu olmasını təsbit edən sənəd, qarantiya müddəti müəyyənləşdirilmiş mallara dair bağlanılmış müqavilə və.s təqdim edilməlidir.
Qüsurlu məhsullar əvəzləyici məhsulların sərbəst dövriyyəyə buraxılması üçün verilmiş bəyannamənin gömrük orqanları tərəfindən təsdiq edildiyi tarixdən sonrakı 2 (iki) ay müddətində ixrac ediləcək.