Türkiyədə sutkalıq ölüm sayı ən yüksək həddə çatdı

   Türkiyədə sutkalıq ölüm sayı ən yüksək həddə çatdı
  12 Dekabr 2020    Oxunub:2424
Türkiyədə son sutka ərzində 226 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 5607 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 15 977, virusa yoluxanlar isə 1780 673 nəfərə çatıb.

Türkiyədə indiyədək 458 109 pasiyent (son sutkada 5516 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  



Xəbər lenti