`28 Cinema` Azərbaycan filmlərini də göstərəcək

`28 Cinema` Azərbaycan filmlərini də göstərəcək
  11 Fevral 2014    Oxunub:1675
“28 Cinema”da seçilmiş ən yaxşı Azərbaycan filmləri nümayiş etdiriləcək. Kinoteatrın administratoru Zaur Məmmədovun AzVision.az-a verdiyi məlumata görə, Azərbaycan filmlərinin pulsuz nümayişi planda var, amma bunun nə vaxt həyata keçiriləcəyi dəqiq bilinmir.
- Fevralın 20-dən 25-dək “28 Cinema”da “Mosfilm həftəsi” adı altında keçiriləcək festivalda 7 sovet filmi göstəriləcək. Belə bir festval azərbaycan filmləri üçün də nəzərdə tutulur. Amma festivalın nə vaxt olacağı bilinmir,- Zaur Məmmədov deyib.

Qeyd edək ki, “Mosfilm həftəsi” adı altında keçiriləcək nümayişdə “Любовь и голуби” (“Sevgi və göyərçinlər”), “Джентльмены удачи” (“Uğur centlmenləri”), “Иван Васильевич меняет профессию” (“İvan Vasilyeviç peşəsini dəyişir”), “Кавказская пленница, или Новые приключения Шурика” (“Qafqaz əsiri və ya Şurikin yeni macəraları”), “Москва слезам не верит” (“Moskva göz yaşlarına inanmır”), “Служебный роман” (“İşdə məhəbbət macərası”), “Бриллиантовая рука” (“Brilliant əl”) filmləri göstəriləcək.

Nihadə


Teqlər:  





Xəbər lenti