Güləş üzrə dünya kuboku yarışlarına start verilir

Güləş üzrə dünya kuboku yarışlarına start verilir
  12 Dekabr 2020    Oxunub:1583
Bu gün güləş üzrə fərdi dünya kuboku yarışlarına start veriləcək.
Azvision.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçiriləcək yarışın ilk günlərində yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Ölkəmizi güləşin bu növündə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) təmsil edəcəklər.

Güləşin bu növü üzrə bütün çəkilərdə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib. Belə ki, E.Əzizli serbiyalı Sebastyan Kolompar, N.Məmmədli Moldova təmsilçisi Viktor Çiobanu, T.Məmmədov Aleksey Masik (Ukrayna), İ.Dadov italiyalı Ruben Marvike, Ü.Qənizadə Fransa güləşçisi İbrahim Qanem, S.Süleymanov Paskal Eysele (Almaniya), İ.Abbasov əlcəzairli Bəşir Sid Azara və B.Kandelaki isə rumıniyalı Alin Kiurariu ilə qarşılaşacaq.

Turnirdə I-S kateqoriyalı hakimimiz Asif Şirəliyev ədaləti qoruyacaq.

Yarışa dekabrın 18-də yekun vurulacaq.

Azvision.az


Teqlər: Dünya-Kuboku   Güləş  





Xəbər lenti