Bir neçə rayonda qaz olmayacaq

Bu müddət ərzində Xızı, Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarında həm əhali abonentlərinin, həm də qeyri-yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaq. Bununla yanaşı, “Siyəzən Quşçuluq” fabrikinin qaz təchizatının alternativ mənbə olaraq “Yaşma-Siyəzən” qaz kəmərindən təmin edilməsi nəzərdə tutulur.
Xaçmaz Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, "Mozdok-Qazıməmməd" magistral qaz kəmərinin 339-423-cü kilometrliyində balon hissədə olan ehtiyat təbii qazın həcmi ilə adları çəkilən rayonlardakı həyati əhəmiyyətli obyektlərin müəyyən müddətə təbii qazla təmin olunmasına çalışılacaq.
Azvision.az