ABŞ-da yeni vaksinin tətbiqinə başlanıldı

ABŞ-da yeni vaksinin tətbiqinə başlanıldı
  12 Dekabr 2020    Oxunub:1216
ABŞ-ın Qida Məhsulları və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarət üzrə İdarəsi (FDA) Amerikanın Pzifer və Almaniyanın BioNTech şirkətlərinin birgə istehsalı olan BNT162b adlı koronavirus əleyhinə peyvəndi təsdiqləyib.
Azvision.az xarici mətbuata istinadən bildirir ki, artıq vaksini ABŞ-ın ştatlarında istifadə etmək mümkün olacaq.

ABŞ-ın hazırkı prezidenti Donald Tramp artıq əhali arasında vaksinasiyaya başlanıldığını bildirib.

Peyvənd üç həftə ərzində iki dozada tətbiq olunacaq. Vaksinin 16 yaşdan yuxarı şəxslərə tətbiq olunmasına icazə verilir.

Azvision.az


Teqlər: Koronavirus   Peyvənd  



Xəbər lenti