Ermənistan daha 36 itkisini açıqladı

   Ermənistan daha 36 itkisini açıqladı
  12 Dekabr 2020    Oxunub:2358
Ermənistan tərəfi üçtərəfli razılaşmadan (10 noyabr) əvvəl Dağlıq Qarabağda məhv edilmiş daha 36 hərbçisinin adını açıqlayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 1858-ə çatıb.

Real faktlara əsasən, Ermənistanın itkiləri göstərilən rəqəmlərdən qat-qat çox olub. Üstəlik, düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib. Onların ölüm statistikası aparılmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan Qarabağda azı 4750 erməni hərbçinin öldüyünü bildirmişdi. Ümumilikdə isə Ermənistanın 5 mindən çox itki verdiyi, yaralı sayının isə 10 min nəfərdən çox olduğu deyilir.

Azvision.az


Teqlər: Ermənistan   Qarabağ  



Xəbər lenti