“Bəli, Arayiklə danışan mən idim” - Gizli səs yazısı yayılan şəxs

“Bəli, Arayiklə danışan mən idim” -  Gizli səs yazısı yayılan şəxs
  12 Dekabr 2020    Oxunub:2158
“Bəli, həmin səs yazısında Arayik Arutyunyanla danışan mənəm. Amma bu telefon danışığımızı kimin yazdığını və yaydığını bilmirəm”
Azvision.az xəbər verir ki, bunu erməni mətbuatına açıqlamasında qondarma rejimin keçmiş “deputat”ı Ruslan İsraelyan deyib. O, Şuşa məsələsi ətrafında qalmaqala səbəb olan səs yazısındakı söhbətlərə əlavə şərh vermək istəməyib:

“Yayılan telefon danışığında nə varsa, odur. Əlavə nəsə deyə bilmərəm”.

Xatırladaq ki, dünən Teleqram kanallarına separatçıların lideri Arayik Arutyunyana məxsus telefon danışığı sızıb. Telefon söhbətində deyilir ki, 10 gündür Ermənistandan yardım istənilsə də, cavab verilməyib.



Tural Tağıyev
Azvision.az


Teqlər: Səs-yazısı   Arayik   Qalmaqal  





Xəbər lenti