Türkiyədə koronavirusdan ölüm sayı 16 mini keçib

Türkiyədə koronavirusdan ölüm sayı 16 mini keçib
  13 Dekabr 2020    Oxunub:1142
Türkiyədə son sutka ərzində 222 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 5203 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 16 199, virusa yoluxanlar isə 1 809 809 nəfərə çatıb.

Türkiyədə indiyədək 1 581 565 pasiyent (son sutkada 20 191 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti