Soros gündə 15 milyon dollar qazanıb

Soros gündə 15 milyon dollar qazanıb
  11 Fevral 2014    Oxunub:1044
2013-cü ildə Corc Sorosun sərvəti daha 5,5 milyard dollar artıb. Bu pullar onun `Quantum Endowment` investisiya fondunun fəaliyyəti nəticəsində qazanılıb.
`The Financial Times` yazır ki, bu hesabla, məşhur investor gündə 15 milyon dollar qazanıb.

Hazırda aktivində 28.6 milyard dollar olan `Quantum Endowment` investisiya fondu ötən il effektivliyinə görə anoloji fondların arasında birinci yeri tutub.

Ümumilikdə, yaradıldığı 1972-ci ildən bu yana fond 39,6 milyard dollar gəlir verib.

Ötən ilin sentyabrında `Forbes` Sorosun şəxsi sərvətini 20 milyard dollar həcmində dəyərləndimişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti