Şahzadəni öldürmək istəyən müsəlmana iş kəsildi
Məhkəmədə İslam şahzadəni öldürmək üçün “mənəvi hüququnun” olduğunu bildirib. Britaniyalı hərbiçilərin müsəlman ölkələrinə işğalçılıq fəaliyyətinə olduğunu bildirən Əşrəf İslam şahzadə Harrinin də orduda xidmət etdiyini səbəb göstərib.
İşə baxan hakim isə qətl planının mümkünsüz və qeyri-müəyyən olduğu fikrinə gəlsə də, cəmiyyət üçün təhlükə törətdiyini söyləyib. Və irland mənşəli müsəlmanı 3 il azadlıqdan məhrum edib.
Xatırladaq ki, Əşrəf İslam 2013-cü ilin mayında həbs olunmuşdu. Onun kompüterində şahzadə Harrinin hərəkət qrafikini müəyyən üçün hazırlanan proqramlar aşkar olunmuşdu.
Vüqar İsmayılov
Teqlər: