Güləşçimiz bürünc medal uğrunda yarışacaq

Digər güləşçimiz Taleh Məmmədov (63 kq) ilk görüşdə Ukrayna güləşçisinə rahat qalib gəlib. Ancaq növbəti mərhələdə rusiyalı idmançı keçilməz olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz dekabrın 14-də təsəlliverici görüşə çıxacaq.
Bu çəki dərəcələrində medal qarşılaşmaları dekabrın 14-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz fərdi dünya kuboku yarışlarında 1 gümüş və 1 bürünc medal qazanıb.
Azvision.az