Azərbaycanda `Aİ-95` benzini istehsalı dayandırılır

Azərbaycanda `Aİ-95` benzini istehsalı dayandırılır
  11 Fevral 2014    Oxunub:1099
Azərbaycan Dövlət Neft Şirkəti Aİ-95 benzinin istehsalını dayandırmaq və tam şəkildə Aİ-92 benzinin istehsalına keçmək istəyir. Şirkətin prezidenti Rövnəq Abdullayev bununla bağlı hökumətə müraciət olunduğunu bildirib.

Şirkətin belə təkliflə hökumətə müraciət etməsinin səbəbinə gəlincə isə R.Abdullayev qeyd edib ki, Azərbaycanda avtomobil benzininə olan daxili tələbat hər il təxminən 10% artır. Və artıq Heydər Əliyev adına Neft Emalı Zavodu benzinə olan tələbatı ödəyə bilmir:

- Ölkədə benzinə olan tələbatı ödəmək üçün emal zavodlarda genişləndirmə işləri aparılacaq. Bu il ilk növbədə Qaradağ Qaz Emalı Zavodunun tikintisi başlanacaq. Bunun ardınca qaz-kimya zavodları tikiləcək. Bu tikinti dövründə isə neft emalı zavodunun tikintisi gedəcək. Ümumiyyətlə, bu, böyük bir prosesdir və bu ildən başlayaraq 2023-cü ilə qədər davam edəcək.

Şirkət prezidenti əlavə edib ki, zavodlarda böyük rekonstruksiya işləri də aparılır. Onun sözlərinə görə, görülən işlərin nəticəsində Azərbaycan 2023-2025-ci illərə qədər benzinə tələbatını ödəyə biləcək.


Teqlər:  





Xəbər lenti