Azərbaycanın maliyyə aktivləri artıb

Azərbaycanın maliyyə aktivləri artıb
  15 Dekabr 2020    Oxunub:1457
Bu ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 512,8 milyon dollar artıb.
Azvision.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (519,5 milyon dollar), portfel investisiyaları (-18,5 milyon dollar) və digər investisiyalar (11,8 milyon dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 1 milyard 592,8 milyon dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (-327,3 milyon dollar), neft bonusu (451,6 milyon dollar), portfel investisiyaları (-303,1 milyon dollar) və digər investisiyalar (-1 milyard 414 milyon dollar) hesabına formalaşıb.

Azvision.az


Teqlər: Maliyyə   Dollar  





Xəbər lenti