“Kapital Bank”dan daha bir yenilik
"Kapital Bank"ın əməkhaqqı layihəsinə qoşulmağın bir sıra üstünlükləri var: əməkhaqqı layihəsinə qoşulma tam olaraq məsafədən, banka gəlmədən həyata keçirilir və hər hansı bir ödəniş tələb olunmur; əməkhaqqı kartlarına mədaxil banka gəlmədən, onlayn şəkildə həyata keçirilir; "Kapital Bank"da hesabı olmayan müştərilər cari hesabı onlayn şəkildə və tam pulsuz olaraq aça bilərlər; hər bir müştəri fərdi menecerlə təmin edilir və sair.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn rejimdə biznes kart köçürmələri, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi , ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və sair.
Müştəri Bank sisteminə qoşulmaq üçün “https://cb.kapitalbank.az/login” linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25 faizədək güzəşt əldə etmək mümkündür.
Azvision.az
Teqlər: Kapital-Bank