AMB Türkiyənin Mərkəzi Bankı ilə əməkdaşlıq edəcək

AMB Türkiyənin Mərkəzi Bankı ilə əməkdaşlıq edəcək
  18 Dekabr 2020    Oxunub:1017
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Türkiyənin Mərkəzi Bankı arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
AMB-dən Azvision.az -a bildirilib ki, memorandumun məqsədi hər iki ölkənin mərkəzi bankçılıq sahəsində əlaqələrinin dərinləşdirilməsindən, məlumat mübadiləsi və əməkdaşlığın gücləndirilməsindən ibarətdir. Memorandumda AMB ilə Türkiyənin Mərkəzi Bankı arasında mərkəzi bankçılığın müxtəlif istiqamətlərində təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat işlərinin reallaşdırılması, təlim proqramlarının keçirilməsi, məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur. Eyni zamanda, memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, eləcə də mərkəzi bankçılıq məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq.

Azərbaycan Mərkəzi Bankı ilə Türkiyə Mərkəzi Bankı arasında uzun illər ərzində intensiv əməkdaşlıq əlaqələri formalaşıb və bu əməkdaşlıq çərçivəsində mərkəzi bankçılığın müxtəlif funksional sahələri üzrə birgə texniki yardım layihələri həyata keçirilib.

Memorandum iki qardaş ölkənin bütün istiqamətlərdə olduğu kimi, mərkəzi bankları arasında da əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək, həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin bank sisteminin inkişafına öz töhfəsini verəcək.

Azvision.az



Teqlər: Mərkəzi-Bank   Türkiyə  





Xəbər lenti